Seyyid Həsən Nəsrullah çərşənbə günü Livan Hizbullahının komandanlarından olan Mustəfa Bədrəddinin şəhadətinin ildönümü günü münasibətilə etdiyi çıxışında İranın Suriyaya olan məşvərət dəstəklərinə işarə edərək deyib ki, İranın məqsədi, Suriyanın mahiyyətinin qorunması, həmçinin bu ölkənin iradəsi və istiqlaliyyətinin mühafizəsidir ki, Amerikanın və sionist rejimin əlinə düşməmiş olsun.
Nəsrullah vurğulayıb ki, İran Suriyada nüfuz üçün heç bir ölkə ilə rəqabət aparmır. O, belə qeyd edib: İranın Suriyadakı məqsədi, Amerikanın və sionist rejimin Suriyaya yiyələnmələrinin qarşısını almaqdır və buna görə, İran heç vaxt Suriyanın işlərinə qarışmır.
Livan Hizbullahının baş katibi bildirib ki, sionist rejim Suriyadakı dəyişikliklərdən dəhşətə gəlibdir. O, deyib: Elə buna görədir ki, sionist rejim düşünülməmiş avantüralara əl atır.
O, həmçinin vurğulayıb ki, sionist rejim və onun himayədarları Suriya savaşında məğlub olublar. O, deyib: Suriya/ hədəfi, regiona yiyələnmək olan amerikan-sionist-səud planı üçün böyük bir problem hesab olunur.
O, söyləyib: Suriya, on minlərlə döyüş qüvvəsi, silah, hərbi sursat və iri məbləğdə pulların onun üçün xərcləndiyi fitnəkar və parçalanma planından xilas oldu. Bu ölkə müqavimətin, həmçinin rəhbərliyin, ordu və xalqın dayanıqlığı və müttəfiqlərinin sabitliyi hesabına müharibədə qalib gələ bildi.
Nəsrullah vurğulayıb ki, Suriya müqavimət mehvərinin və öz qüvvələrinin rəşadətləri ilə bu günədək imperializmin hücumları qarşısında dayanıbdır. O, deyib: Suriya hazırda bir neçə illik mühasirəyə və psixoloji savaş təzyiqinə rəğmən, siyasi mübarizədə də müvəffəq olubdur.