Amerika mediaları bazar günü gecə bildiriblər ki, bu ölkədə ümumilikdə bir milyon 686 min 436 nəfər koronavirusa yoluxubdur ki, onlardan 99 min 300 nəfər həyatını itiribdir.
Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.
Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayına görə, sınaq şüşələri və tibb ləvazimatları çatışmazlığı ilə üzləşibdir.
Belə bir halda, Amerikanın COVID-19 virusundan irəli gələn ölüm hallarının sayı baxımından öndə getməsi bu ölkənin müxtəlif şəhərlərində cəsədlərin dəfn olunmaları kimi böyük bir problem yaradıb və amerikalı rəsmiləri kütləvi qəbirlər təşkil etməyə məcbur edibdir.
Amerikada koronavirus pandemiyasının böyük sürətə malik olması nəticəsində ABŞ tarixində ilk dəfə olaraq, bu ölkənin bütün əlli ştatı koronavirusa düçar olubdur.
Amerika hökuməti və şəxsən bu ölkənin prezidenti Donald Tramp bu ölkədə koronavirusun yayılması qarşısındakı məsuliyyyətsizliyinə görə, kəskin tərzdə tənqid olunubdur.
Amerika xəstəxanaları cəmiyyəti martın 8-də bildirdi ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaqdır ki, onlardan 480 min nəfər həyatını itirəcəkdir.