İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Sistan və Bəluçestan vilayətində milli layihələrin istifadəyə verilməsi, həmçinin Cənubi Pars yatağının 11-ci blokunun genişləndirilməsi və platformasının quraşdırılması əməliyyatının başlanması mərasimində sonra belə deyib: Həm amerikan virus, həm də koronavirusun hər ikisi təsirsiz deyildir, amma bu viruslar İran xalqını inkişaf və tərəqqi yolundan dayandıra bilməzlər.
İran İslam Respublikasının prezidenti söyləyib: İran xalqı başıucadır və daha da başıuca olacaq və hazırkı problemləri arxada qoyacaqdır. Qeyd edək ki, bu mərasim video-konfrans formasında keçirilibdir.