Türkiyə prezidenti koronavirusun bu ölkədə yayılmasının qarşısını almaq məqsədilə yeni məhdudiyyətlərin tətbiqindən və komendant saatının uzadılmasından xəbər verib.
Rəcəb Tayyıp Ərdoğan İstanbulda yerləşən Huber sarayında video-konfrans vasitəsilə etdiyi çıxışında bildirib ki, yeni məhdudiyyətlər gələn həftənin şənbə günündən başlanacaq və qabaqkı məhdudiyyətlərlə yanaşı, mayın 19-dək davam edəcəkdir.
Türkiyədə koronavirusa yoluxanların sayı, 1114 yeni yoluxma halının üzə çıxarılması ilə 139 min 771 nəfərə çatıb. Bu miqdardan 3841 nəfər də vəfat edibdir.