İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 88 min 357 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
Kiyanuş Cəhanpour bu gün ölkədə koronavirusa yoluxanların son sayı ilə bağlı ötən sutka ərzində 1481 yeni xəstənin aşkar edildiyini bildirib. Qeyd edib ki, indiyədək qəti diaqnoz meyarlarına əsasən, İranda 110 min 767 nəfər koronavirusa yoluxub.
Cəhanpour həmçinin ötən sutka ərzində 48 nəfərin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 6 min 733 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri bildirib ki, İran koronavirusla bağlı dünyada ən çox xəstə sağalmasına malik olan beş ölkədən biridir. O, qeyd edib ki, indiyədək ölkədə COVID-19 üzrə 615 mindən çox diaqnoz testi həyata keçirilib.