İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında Amerikanın son bir neçə ildəki terror hərəkətlərinə toxunub. Qeyd edib ki, Amerika həmişə müstəqil və məzlum xalqlara qarşı addım atıb və koronavirus pandemiyası şəraitində də dərman satın almağa maneə törədir.
İran prezidenti vurğulayıb ki, Amerikada ən pis və ən şər hökumət hakimiyyətdədir. O, deyib ki, Amerika hökuməti həmişə terrorçu olub, lakin bu həddə yox.
Ruhani bildirib ki, İran ötən iki ildə Amerikanın ən pis hökuməti ilə üzləşibdir. O qeyd edib ki, tarix boyu heç vaxt Amerika bu həddə bəşəriyyətə zidd, rəhmsiz və aciz olmayıbdır. Bundan əlavə, bu rejimin dövlət katibinin siyasətdən əsla başı çıxmır.