Kiyanuş Cəhanpour bu gün ölkədə koronavirusa yoluxanların son sayı ilə bağlı ötən sutka ərzində min 102 yeni xəstənin aşkar edildiyini bildirib. Qeyd edib ki, indiyədək qəti diaqnoz meyarlarına əsasən, İranda 116 min 635 nəfər koronavirusa yoluxub.
İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 91 min 836 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
Cəhanpour həmçinin ötən sutka ərzində 48 nəfərin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 6 min 902 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri indiyədək ölkə laboratoriyalarında COVID-19-un diaqnozu üzrə 658 min nəfərdən çox testin keçirildiyini bildirib.
Dünyada koronavirusa yoluxların sayı da 4 milyon 500 min nəfəri ötüb keçibdir. Onlardan 303 min nəfərdən çox insan həyatını itirib, bir milyon 700 min nəfərdən çox insan da sağalıb və xəstəxanalardan buraxılıbdır.