İraqın baş naziri Həşduş-Şəəbinin formasını geyindi
İraqın baş naziri Həşduş-Şəəbinin formasını geyindi
İraqın yeni baş naziri Mustafa əl-Kazimi bu ölkənin xalq könüllüləri təşkilatı olan Həşduş-Şəəbinin qərargahında təşkilatın rəhbərləri ilə görüş keçirib.

Ötən gün (Şənbə, 16 May 2020) Həşduş-Şəəbinin Bağdaddakı qərargahında təşkilatın rəisi Falih əl-Fəyyaz və digər məsul üzvlərin iştirakı ilə baş tutan bu görüşdə İraqın yeni baş naziri Mustafa əl-Kazimi xalq könüllüləri təşkilatının hərbi formasını geyinib.

Qeyd edək ki, Mustafa əl-Kazimi baş nazir olandan sonra (7 May 2020) bu, Həşduş-Şəəbi təşkilatının məsulları ilə keçirdiyi ilk görüş idi.

Görüşdə “Ətəbatul-Müqəddəs” (Müqəddəs Ziyarətgahlar) briqadasının rəhbərləri və Həşduş-Şəəbinin hərbi güclərinin rəhbəri Əbu Fədək əl-Məhəmmədavi də iştirak ediblər.

Görüşdə baş nazirə Həşduş-Şəəbinin hərbi forması hədiyyə edilib. Baş nazir formanı geyinərək xatirə şəkili çəkdirib.

Xatırladaq ki, Mustafa əl-Kazimi İraqda Həşduş-Şəəbin hərbi formasını geyinən ilk baş nazirdir.