İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 97 min 173 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
Kiyanuş Cəhanpour ötən sutka ərzində 2 min 111 yeni xəstənin aşkar edildiyini bildirib. Qeyd edib ki, indiyədək qəti diaqnoz meyarlarına əsasən, İranda 124 min 603 nəfər koronavirusa yoluxub.
İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri həmçinin ötən sutka ərzində 62 nəfərin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 7 min 119 nəfərə çatıbdır.
Cəhanpourun sözlərinə görə, indiyədək İranda COVID-19-un diaqnozu üzrə 716 min nəfərdən çox test alınıb.