ABŞ-ın vitse-prezidenti karantinə alındı
ABŞ-ın vitse-prezidenti karantinə alındı
ABŞ-ın vitse-prezidenti Mayk Pens koronavirus infeksiyasına görə ev karantininə alınıb.

“Bloomberg” saytının məlumatına görə, ABŞ-ın bəzi mənbələri vitse-prezident Mayk Pensin Ağ Evin digər işçilərindən ayrıldığını və ona ev karantini tətbiq olunduğunu söyləyib.

ABŞ Prezidentinin mətbuat xidmətinin direktor müavini Kirus Millerin koronavirus testinin müsbət çıxmasından sonra Mayk Pensində karantinə alındığını təsdiqləyib.

Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 80 min nəfəri keçib. Koronavirus pandemiyasından dolayı ölkə iqtisadiyyatı da ağır günlərini yaşayır. Ən son təxminlərə əsasən iqtisadi problemlərin şiddətlənməsi ilə ABŞ-da işsizlərin sayı may-iyun aylarında 20 faiz arta bilər.

ABŞ Prezidenti yanında İqtisadi Müşavirlər Şurasının sədri Kevin Hasset deyib bu barədə deyib ki, hazırda ABŞ-da 30 milyondan çox insan işsizlik müavinəti üçün ilk müraciət ünvanlayıb. Bu, İkinci Dünya müharibəsindən bəri əmək bazarında ikinci böyük şok sayılır.