Tramp Jurnalistin sualından əsəbləşərək konfransı tərk etdi
Tramp Jurnalistin sualından əsəbləşərək konfransı tərk etdi
ABŞ Prezidenti Donald Trampla daha bir jurnalist arasında gərginlik yaşanıb.

Jurnalist mətbuat konfransında Trampa belə bir sual ünvanlayıb: “ABŞ-da bu qədər insan COVİD-19-dan ölərkən, siz dünyada ən çox test edən ölkə olmaqla fəxr edirsiniz. Bu vacibdirmi”

Tramp isə cavabında “Dünyanın hər yerində ölüm halları olur. Bəlkə də bu sualı məndən yox, Çindən soruşmalısınız. Sizə qeyri-adi cavab verə bilərlər”, – deyib.

Cavab jurnalisti qane etmədiyi üçün sualına düzgün cavab verilməsini istəyib.

Bundan sonra Tramp əsəbləşərək konfransı tərk edib.