“İtaliyada koronavirusa yoluxma sayında rekord dərəcədə azalma qeydə alınıb – son sutkada 744 hadisə aşkarlanıb, reanimasiyada olanların sayı isə min nəfərdən aşağı düşüb”.
Bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.
Bildirilib ki, son sutka ərazində ölkədə 179 nəfər koronavirusun qurbanı olub.
Həmçinin vurğulanıb ki, epidemiyanın başlamasından bəri ilk dəfə olaraq, reanimasiyada olan xəstələrinin sayı mindən 999-a düşüb. Aprel ayının əvvəlindən bu rəqəm 6 mindən 4 minə enməyə başlamışdı.
Qeyd edək ki, ölkə üzrə yoluxma sayı ümumilikdə 219814, ölənlərin sayı isə 30739 nəfərə çatıb.