Sözlərini tvitter-də yazan Seyyed Əbbas Mousəvi bildirib: İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 2018-ci ilin sentyabrından «qlobal məhbuslar mübadiləsi» məsələsini irəli sürüb və Amerika hökumətindən istəyibdir ki, bu ölkədə və digər ölkələrdə girov saxlanılan iranlılar qarşısında məsuliyyətlə hərəkət etsin.
Mousəvi sonra vurğulayıb: Amerika hökuməti indiyədək laqeydlik edərək, bu ölkədə və digər ölkələrdə girov saxlanılan iranlıların həyatlarını təhlükəyə salıbdır.
Amerika daxili təhlükəsizlik məsələləri nazirinin müavini Ken Kuçinli bir tvitter mesajında İranı məhbuslar mübadiləsini ləngitməkdə ittiham edibdir.